Gürcüstan-Azərbaycan sərhədi birtərəfli açılacaq

Məmmədzadə Zərintac 21/07/2020

Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılır.

"Xəbərburo" xəbər verir ki, bununla bağlı  APA-ya Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat daxil olub. Vurğulanıb ki, yaxın günlərdə Azərbaycanda qalan Gürcüstan vətəndaşlarının ölkələrinə qayıtmalarına icazə olacaq. Vətəndaşlar hər gün saat 10:00-13:00-da sərhəd keçid məntəqələrindən ölkələrinə keçə biləcəklər.

Bildirilib ki, məsələ ilə əlaqədar hər iki ölkənin aidiyyəti qurumları arasında razılıq əldə edilib və sərhədlərin açılacağı tarix müəyyənləşdirilir. 

Gürcüstana qayıdan şəxslərin 14 gün müddətinə karantində saxlanılacağı qeyd olunub.