Gürcüstan ABŞ-la birgə hərbi təlimlər keçirəcək
Togrul Quliyev 12/06/2020

“Bu ilin sentyabrında “Layiqli tərəfdaş 2020” adlı Gürcüstan-ABŞ birgə hərbi təliminin keçirilməsi planlaşdırılıb”.
Xeberburo.com Ordu.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili deyib.
Onun sözlərinə görə, beynəlxalq təlimdə NATO-ya digər üzv ölkələr də iştirak edəcəklər.
Nazir bildirib ki, müxtəlif növ təlimlər gürcü hərbçilərin hazırlığının yüksək olduğunu və NATO-nun tələblərinə uyğunluğunu göstərib: “Bizim tərəfdaşlarla ikitərəfli və çoxtərəfli formatlardakı əməkdaşlığımız müdafiə qüvvələrinin gücləndirilməsi və NATO standartlarına uyğunluğun yüksəldilməsi məqsədi daşıyır”.
İ.Qaribaşvili Gürcüstan ordusunun bugünkü hazırlıq səviyyəsinin çox güclü olduğunu qeyd edib.