Gün ərzində suyun məhdudiyyətlərlə veriləcəyi ərazilər açıqlandı

Röya Vahabova 21/06/2020

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Novxanı qəsəbəsinin bir hissəsinə, eləcə də Bağlar massivinin Püstəxanım Əzizbəyova küçəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

"Xəbərburo" "oxu.az"a istinadən bildirir ki, bu barədə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı bildirib.