Güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayır

Esed Abasli 07/03/2022

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı start götürüb.

İlk yarış günündə yunan-Roma güləşi üzrə millimizin 4 üzvü mübarizə aparır.

Ziya Babaşov (63 kq) 1/4 finalda israilli Abere Fetene ilə qarşılaşacaq. 

Xasay Həsənli (77 kq) ilk mərhələdə bolqar Martin Dimitrovla üz-üzə gələcək.

Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində danimarkalı Turpan Bisultanovla münasibətləri aydınlaşdıracaq.

Sərxan Məmmədov (130 kq) 1/4 finalda çexiyalı Marsel Albiniylə qarşılaşacaq.