Güclü yağış Oğuzda 500 abonenti qazsız qoydu

23/08/2020

Oğuz rayonunda S.Vurğun küçəsində güclü yağış sularının təsirindən daş hasar orta və aşağı təzyiqli qaz xətlərinin üzərinə aşaraq onları yararsız hala salıb.

"XəbərBuro" xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin məlumatında deyilir. 

Nəticədə 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.