Göygöldə qadınlar arasında bıçaqlanma

Röya Vahabova 21/06/2020

Göygöldə qadınlar arasında bıçaqlanma olub. "Xəbərburo" bildirir ki,  “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.

Belə ki, 29 yaşlı kənd sakini Rəvanə Novruzova qarın nahiyəsinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.

İlkin məlumata görə, qadın mübahisə zəminində qonşu qadın tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.