Göygöldə iki nəfər yanaraq öldü

Leyla Aliyeva 30/07/2020

"Xəbərburo" xəbər verir ki, Göygöl rayonunda maşın qəzaya düşüb və nəticədə iki nəfər yanaraq ölüb. 

Hadisə bu gün rayonun Hacıməlik kəndi yolunda baş verib. 

Daşkəsən rayon sakini, 1978-ci il təvəllüdlü Verdiyev Bayram Zakir oğlunun idarə etdiyi "VAZ 21099" markalı avtomobillə qəzaya düşüb və maşın yanıb. 

Sürücü və sərnişini, 1984-cü il təvəllüdlü Verdiyeva Fəridə Allahverən qızı yanaraq ölüb. 

Əldə olunan məlumata görə, onlar ər-arvad olublar. Faktla bağlı araşdırma aparılır.