Gorus-Qafan yolunda Azərbaycan postunun qurulması ilə bağlı - DİN-dən açıqlama

Aynur 11/09/2021

Gorus-Qafan yolunda Azərbaycan polisinə məxsus post qurulub. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb və ermənilərin təşvişinə səbəb olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, işğaldan azad edilmiş bütün şəhər və rayonlarmızın ərazisində olduğu kimi Qubadlı rayonunun inzibati ərazisində də daxili işlər orqanlarının əməkdaşları öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər. Xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunur.