“Gorus-Qafan məntəqəsindən 2 milyon manata yaxın rüsum toplanıb”

Esed Abasli 12/12/2021

“Gorus-Qafan sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxilolmalardan iki milyon manata yaxın rüsum toplanıb.

“XəbərBüro" Trend-ə istinadən xəbər verir ki, bunu DGK-nın sədri Səfər Mehdiyev deyib.

“İki aya yaxındır Gorus-Qafan yolunda DGK-nın müvafiq postu yaradılıb. Digər sərhəd-keçid məntəqələrində yüngül və ağırtonnajlı nəqliyyat vasitələri və insanlar hansı rüsumlara tabe tutulursa, həmin istiqamətdən də Azərbaycan ərazisinə daxil olan xarici avtonəqliyyat vasitələri və vətəndaşlar o şəkildə qeydiyyatdan keçir və gömrük rüsumlarını ödəyərək ölkə ərazisinə daxil olurlar" - deyə o bildirib.

Qarşı tərəfin bənzər addım atacağı ilə bağlı məlumatlara gəlincə qurum rəhbəri bilidirib ki, bu, Azərbaycan ərazisidir:

“Bizim nəqliyyat vasitələrimiz qarşı tərəfə daxil olsa, bənzər addımın atılıb-atılmayacağı onların işidir”.