Goranboyda yağış güclü sel səbəb oldu

Leyla Aliyeva 23/08/2020

Goranboyda gecəyarası başlayan yağış səhər saatlarında güclü selə səbəb olub.

"XəbərBuro"nun məlumatına görə görə, təbiət hadisəsi zamanı rayon ərazisində əkin sahələri su altında qalıb, elektrik enerjisi verilişində fasilələr yaranıb. Təbiət hadisəsi zamanı rayonun Goran qəsəbəsi ərazisindən də güclü sel suları axıb. Əsasən əkin sahələrindən keçən lilli su orada heyvandarlıqla məşğul olan sakinlərin gediş-gəlişinə çətinlik yaradıb.

Güclü yağış nəticəsində yaranan sel Goranboy Balakürd kəndində daha böyük fəsadlara yol açıb. Bir neçə sakinin yonca, pambıq sahələri lil qatının altında qalıb. Təbiət hadisəsi zamanı Goran-Naftalan yolunun Balakürd kəndindən keçən hissəsində sel suları avtomobillərin hərəkətində çətinlik yaradıb. Adiyyəti qurumlar yolda təmizlik işləri aparıb.