Gizli fəaliyyətdə olan hazırlıq mərkəzi tapılıb

Məmmədzadə Zərintac 24/07/2020

Qəbələdə karantin qaydalarını pozaraq gizli çalışan hazırlıq mərkəzi aşkarlanıb.

"XəbərBuro" xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən gələn məlumata görə, həmin mərkəzin fəaliyyəti dayandırılıb. Obyekti işlədənə, uşaqların valideynlərinə və müəllimlərə ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri izah olunub.

Qaydaları pozduqları üçün bu şəxslər haqqında qanunamüvafiq tədbirlər görülüb.