Giorgi Serbiya silahlarının daşınması xəbərinə aydınlıq gətirib

Məmmədzadə Zərintac 24/07/2020

Gürcüstanın Baş naziri Giorgi Qaxariya Gürcüstan və Azərbaycan arasındakı strateji tərəfdaşlığa heç bir təhlükənin, ölkələr arasında anlaşılmazlıqların olmadığını söyləyib.

“Qafqazinfo”ya əsasən "XəbərBuro"  xəbər verir ki, Baş nazir buna dair jurnalistlərə açıqlama verib: "Strateji tərəfdaşlığımızı və qardaşlığımızı heç bir şey təhdid etmir".

Gürcüstanın hökumət başçısı mediada yayılan məlumatların həqiqətə uyğun olmadığını və Gürcüstanın bütün beynəlxalq öhdəlikləri yerinə yetirdiyini deyib.

Vurğulayaq ki, daha əvvəl Ermənistan-Azərbaycan sərhədində münaqişənin kəskinləşəndə Serbiyadan Ermənistana silah tədarükü üçün Gürcüstan ərazisinin istifadə edildiyi haqda xəbərlər yayılmışdı. Gürcüstan Xarici İşlər Nazirliyi isə bu mesajları iki tərəfdaş ölkə arasında münasibətlərdə süni şəkildə problem yaratmağa yönəlmiş dezinformasiya kimi qiymətləndirmişdi.