GİKM-in Tovuz nümayəndəliyi 1 yaşında.

Esed Abasli 01/05/2022

GİKM-in Tovuz nümayəndəliyi 1 yaşında.


GİKM-in Tovuz nümayəndəliyinin 1 illik hesabat konfransı keçirilib. Konfransda rayon icra başçısı Məmməd Məmədov və GİKM-in Mərkəzi Aparatının və nümayəndəliklərinin əməkdaşları, dövlət qurumlarının rəsmiləri, Gənc Könüllülər və rayonun fəal gəncləri iştirak ediblər.


Hesabat konfransında 1 il ərzində həyata keçirilmiş layihə və tədbirlər haqqında geniş məlumat verilib.


Konfransda çıxış edən rəsmi qonaqlar Tovuz GİK Min gənclərinin inkişafı üçün gördüyü işlərdən, uğurlu əməkdaşlıqlardan danışıblar.


Sonda öz aktiv fəaliyyətləri ilə seçilən 5 nəfər gəncimiz rayon icra başçısı tərəfindən, dövlət qurumları və digər gənclər isə TovuzGİKM tərəfindən təltif edilib. 


Tədbir gənclərin hazırladığı musiqi və rəqs nümunələri ilə yekunlaşıb.