“Gənclər davamlı inkişaf üçün”

Esed Abasli 18/07/2022

Tovuzda keçirilən “Gənclər davamlı inkişaf üçün” layihəsinin yerlərdə icrası məqsədilə Naftalanda ilk təlim keçirilib.


Layihə iştirakçısı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin direktoru Əfqan Baxşəliyevin  təqdimatında gənclərə "Dayanıqlı İnkişaf Məqsədləri" haqqında ümumi məlumat verilib, "Yoxsulluğa son" mövzusunda danışılıb, dünyada və Naftalanda müşahidə olunan yoxsulluq problemləri və onun həll yolları müzakirə olunub. 


Qeyd edək ki, layihə "İrəli" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Gənc Müəllimlər Asossiyasının tərəfdaşlığı ilə həyata keçirilir.