Gəncədə qadın əri tərəfindən bıçaqlandı

Röya Vahabova 03/08/2020

Gəncədə bıçaqlanma olub.

"Xəbərburo" bildirir ki, şəhərin Xalça kombinatı adlanan ərazisində olan yataqxanada yaşayan 56 yaşlı İbrahimova Zərəfşan bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub, vəziyyəti orta-ağır qiymətləndirilir. İlkin məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır.