Gəncədə baba ailə üzvlərini bıçaqlayıb
16/06/2020

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
"Xəbərburo" xəbər verir ki, Qərb Mərkəzinin məlumatına görə, baba ailə münaqişəsi zəminində həyat yoldaşına, gəlininə və iki nəvəsinə bıçaqla xəsarət yetirib.
Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, onlardan biri - hadisəni törədən şəxsin həyat yoldaşı dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.