
Gəncə sakinindən 4 kq-dan çox narkotik götürüldü
10/08/2020

Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “XəbərBuro”ya verilən məlumata görə, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 42 yaşlı Muraz Məmmədov Gəncə şəhər BPİ Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman əlindəki çantanın içərisindən ümumi çəkisi 2 kq 950 qram narkotik vasitə olan marixuana və 850 qram heroin aşkar edilərək götürülüb. Bundan başqa M.Məmmədovun şəhər ərazisində gizlətdiyi 850 qram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.
Faktla bağlı araşdırma aparılır.
Related Articles


Qayınanasını öldürdüyünü etiraf etsə də, ərinin qətlə yetirdiyi məlum oldu



Bakıda pul nişanına hörmətsizlik edən şəxs polisə çağırıldı - üzr istədi








Xaricdə yaşayan narkotacirə Bakıda narkokuryerlik edən 3 nəfər saxlanıldı.










