Gələn ay yenə həftə sonları ictimai nəqliyyat işləməyəcək

Məmmədzadə Zərintac 28/10/2020

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarında həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır.

“XəbərBuro” xəbər verir ki, Nazirlər Kabinetinin qərarına görə aşağıda qeyd olunmuş tarixlərdə ictimai nəqliyyat işləməyəcək:

31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;

14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;

21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;

28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.