"GələcəyimİZ Gənclərdir" adlı onlayn festival keçiriləcək

Röya Vahabova 07/08/2020

"Xəbərburo" bildirir ki, 11 avqust tarixində "Gənc Könüllülər" Hərəkatı çərçivəsində Beynəlxalq Gənclər Gününə həsr olunmuş "GələcəyimİZ Gənclərdir" adlı onlayn festival keçiriləcək.

Gün ərzində təşkil olunacaq festivalın məqsədi gənclərin məhz onlar üçün xüsusi olan bu gününü daha da əyləncəli və maarifləndirici keçirməkdən ibarətdir.

Onlayn festival daxilində gənclər 3 fərqli fəaliyyətdə iştirak edə biləcəklər:

11:00-da Xəmsə intellektual oyunu: 
Oyunda gənclər intellekt bacarıqlarını inkişaf etdirmək və qalib olub mükafat qazanmaq fürsəti əldə edəcəklər.

 16:00-da Şahmat turniri:
Turnirdə gənclər şahmat biliklərini artırmaq və uğurlu iştirakla mükafatçılar sırasına düşmək şansına sahib olacaqlar.

 19:00-da Konsert proqramı:
Gün sonuna yaxın bağlanış mərasimi baş tutacaq və gənclərin əyləncəli vaxt keçirməsi üçün konsert proqramı təşkil olunacaqdır.