Gədəbəydə zəlzələ olub
Fəxriyyə Qüdrətli 13/06/2020

Gədəbəy rayonu ərazisində zəlzələ baş verib.
"Xəbərburo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 16:08-da Gədəbəy stansiyasından 42 km cənubda Gədəbəy ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3.3, dərinliyi 9 km olan yeraltı təkan hiss olunmayıb.