Gədəbəydə qəza baş verib

Məmmədzadə Zərintac 02/09/2020

Gədəbəydə 4 nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi olub.

“XəbərBuro"  xəbər verir ki, hadisə Gədəbəy şəhərinin girişində qeydə alınıb. Hərəkət zamanı 2 avtomobil – “VAZ 21 011” və “VAZ 21 07”nin toqquşması nəticəsində sürücülər - 37 yaşlı Elnur Əliyev və 24 yaşlı Nurlan İmamquliyev, həmçinin 2 sərnişin xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya aparılıblar.

Fakta dair araşdırmalar aparılır.