Gədəbəydə bıçaqlanma hadisəsi olub
19/07/2020

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Xəbərburo" xəbər verir ki, hadisə rayonun İnəkboğan kəndində qeydə alınıb.
Kənd sakini Hüseynov Güloğlan İlham oğlu qarnının kəsik-deşik yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti orta ağırdır.
G.Hüseynov tanıdığı şəxslə münaqişə zəminində bıçaqlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.