G20 ölkələri virusla mübarizəyə 21 milyard ayırır

Fəxriyyə Qüdrətli 06/06/2020

G20 ölkələri koronavirusla mübarizəyə 21 milyard dollardan artıq pul ayıracaqlar.

“Xəbərburo” "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə G20-nin rəsmi saytında məlumat verilib.

Bildirilir ki, G20 dəvət olunmuş ölkələrlə birlikdə koronavirus pandemiyasına qarşı qlobal səylərini birləşdirib. Ayrılan vəsaitin COVİD-19 əleyhinə vaksin hazırlanmasına, müalicəyə, diaqnoz qoyulmasına və ümumilikdə bu virusun tədqiqatına sərf olunması planlaşdırılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Dünyada 7 milyonadək insan virusa yoluxub, 390 minədək insan onun qurbanı olub.