Füzulidə daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı.

Aynur 09/09/2021

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

“XəbərBüro” qeyd edir ki, hərbi qulluqçunun meyitinin qalıqları Füzuli istiqamətində aşkarlanıb. Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 660-a çatıb.