Füzulidə avtomobil qəzası baş verib
30/08/2020

Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“XəbərBuro” xəbər verir ki, rayon ərazisində iki avtomobilin toqquşması nəticəsində 1990-ci il təvəllüdlü Xanəliyev Süleyman Bəyoğlan oğlu bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.