Futbolçunu ildırım vurub

Məmmədzadə Zərintac 07/07/2020

Rusiyanın paytaxtı Moskva şəhərində "Znamya Truda" klubunun 16 yaşlı oyunçusu İvan Zaborskini məşq zamanı ildırım vurub.

"Qafqazinfo"ya əsasən "Xəbərburo" xəbər verir ki, ildırım zərbəsi Zaborskinin boynundakı metal boyunbağıya təsadüf edib. Nəticədə futbolçunun ağciyərlərinə ciddi zərər dəyib. ağır  vəziyyətdə olan futbolçu xəstəxanaya çatdırılıb. Hazırda futbolçunun komada olduğu bildirilir.

Dostları və məşqçisi onun bir neçə dəfə komadan ayıldığını, ancaq kəskin ağrılar səbəbindən yenidən koma vəziyyətinə qayıtdığını qeyd edib.