Futbolçulardan hər gün şəxsi avtomobillərində test götürüləcək
İngiltərə Premyer Liqasında çıxış edən klubların futbolçuları, məşqçilər və işçiləri tətbiq edilən yeni qaydalara uyğun olaraq, bu gündən məşq və oyunlar öncəsi şəxsi avtomobillərində gündəlik ekspress-testlərdən keçəcəklər.
Bu addım koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə atılıb. Oyunçular, məşqçilər və klub işçiləri analiz nəticəsi bilinənədək arenalara və ya məşq meydançalarına daxil ola bilməyəcəklər.
Bir həftə ərzində belə yoxlamaların sayı 9-a çata bilər. Həmçinin həftədə 2 dəfə komanda üzvlərindən PCR testi götürüləcək. Bundan başqa, azarkeşlər stadionlara daxil olarkən peyvənd sertifikatı və ya mənfi PCR testi təqdim etməlidirlər.
Qeyd edək ki, son məlumatalara əsasən, Premyer Liqada koronavirusa 42 yoluxma halı aşkarlanıb.
///Report