Futbolçu Pedro Rodriges əməliyyat olunub

Məmmədzadə Zərintac 04/08/2020

İngiltərənin "Çelsi" klubunun futbolçusu Pedro Rodriges çiynindən əməliyyat edilib.

"XəbərBuro" xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında paylaşıb.

Əməliyyatın uğurlu keçdiyini yazıb və tezliklə meydana qayıdacağını bildirib.  İngiltərə Kubokunun finalında "Arsenal"a 1:2 hesabı ilə məğlubiyyətinə görə təəssüflənən Pedro sonda dəstəkləri üçün hər kəsə təşəkkür edib.

 "Arsenal"la matçın son dəqiqəsində rəqib komandanın qapıçısı ilə toqquşan Pedro Rodriges meydanı xərəkdə tərk etmişdi.