Fuad Qəhrəmanlının səhhətinə dair açıqlama verilib

Məmmədzadə Zərintac 05/08/2020

AXCP funksioneri Fuad Qəhrəmanlının vəkili Araz Həsənov son vaxtlar hüquqlarını müdafiə etdiyi şəxsə aid mətbuatda yayılan məlumatlara münasibət bildirib. 

“XəbərBuro"  xəbər verir ki, A.Həsənov müvəkkilinin işgəncə və psixi zorakılığa məruz qalması ilə bağlı yayılan məlumatların əsassız olduğunu söyləyib.

"Son zamanlar sosial şəbəkələrdə onun işgəncə və psixi zorakılığa məruz qalması haqda yayılan məlumatlar dezinformasiyadır. Heç birinin əsası yoxdur.

Fuad Qəhrəmanlı istintaq ifadəsini mənim iştirakımla şərbəst şəkildə verib. Səhhəti və sağlamlıq durumu çox yaxşıdır".