Fuad Oktay Əli Əsədova zəng edib

Məmmədzadə Zərintac 29/09/2020

Bu gün Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova zəng edib.

“XəbərBuro” xəbər verir ki, vitse-prezident Fuad Oktay Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş torpaqların azad edilməsi işində Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərməyə hazır olduqlarını söyləyib.

Baş nazir Əli Əsədov Türkiyə rəhbərliyinin bütün səviyyələrdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdar olub.

Telefon danışığında Baş Nazir Əli Əsədov və vitse-prezident Fuad Oktay ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər.