Fransa klubu sensassiya etdi

Uzeyir Xelilov 08/08/2020

Gecənin digər oyunu Turində baş tutdu.İlk oyunda gözləntilərin əksinə olaraq Yuventusu 1-0 hesabı ilə məğlub edən Olimpik Lyon bu oyuna minimal üstünlüklə çıxmışdı.Hesabı Lyon futbolçuları açsa da,Yuventus oyunu öz xeyrinə dəyişə bildi.Amma oyunda qazanılan qələbə Yuventusa növbəti mərhələyə keçməyə bəs etmədi.Səfər qollarının üstünlüyü ilə Lyon növbəti mərhələyə adladı.Qolların müəllifləri:
Depay 12'(1-0)penalti
Ronaldo 43'(1-1)penalti
Ronaldo 60'(2-1)