Fransa Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşmaları pisləyir

Məmmədzadə Zərintac 15/07/2020

Fransa Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmaları pisləyir, hər iki tərəfi atəşkəs rejiminə əməl etməyə və dialoqu bərpa etməyə çağırır. “Xəbərburo" xəbər verir ki,  bu haqda Fransa XİN-in nümayəndəsinin bəyanatında bildirilib.

“Fransa bazar günündən etibarən Ermənistanla Azərbaycan arasındakı sərhəddə baş verən və bir neçə nəfərin ölümünə səbəb olan silahlı toqquşmaları pisləyir. O, hər iki tərəfi atəşkəs rejiminə riayət etməyə və eskalasiyanın qarşısını almaq üçün dialoqa başlamağa çağırır”, - bəyanatda deyilir.

Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya və amerikalı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağda münaqişənin beynəlxalq hüquqa uyğun həllinə sadiqliyini təsdiq edir.