Filippin sahillərində 6 baldan çox zəlzələ baş verib

Məmmədzadə Zərintac 06/09/2020

Filippin sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.

“XəbərBuro” xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidmətindən bildirilib. Zəlzələnin episentri 41 min sakini olan Malita şəhərindən 34 kilometr cənub-şərqdə, 115 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlara dair məlumat yoxdur və sunami təhlükəsi elan olunmayıb.