Fermerlərdən yazlıq əkin bəyanlarının qəbulu yekunlaşıb

Məmmədzadə Zərintac 01/07/2020

Kənd Təsərrüfatı Nazirliyi yanında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) fermerlərdən yazlıq əkin bəyanlarının qəbulu yekunlaşıb.              “Report”a əsasən Xəbərburo" xəbər verir ki, bu haqda nazirlikdən məlumat verilib.

İndiyə qədər qurumun Aqrar Kredit və İnkişaf Agentliyi bu fermerlərdən 45 min nəfərin yazlıq əkin bəyanını təsdiqləyib və onlardan 35 min nəfərinə subsidiya ödəyib.

Ümumilikdə yazlıq əkinlər üzrə təsərrüfat sayına görə 59,4 min əkin bəyanı təsdiqlənib. 111 min hektarda yaz əkinləri aparıldığı barədə bəyan qəbul olunub.

Qeyd edək ki, bu ildən qüvvəyə minmiş yeni subsidiya mexanizminə görə, fermerlər əkin sahələri, əkdikləri bitkilər barədə məlumatları EKTİS-ə daxil etməklə, əkin bəyanı göndərir və subsidiya üçün dövlətə müraciət edirlər. İndiyədək EKTİS-də kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstərən 505 245 min fermer qeydiyyatdan keçib. Bu fermerlərdən 409 975 nəfərinin birillik və çoxillik əkin bəyanı təsdiqlənib. 2020-ci ildə əkinçiliyə görə fermerlərə 213,8 milyon manat subsidiya ödənilib.

Subsidiya ödənişi davam edir.