Faktiki hava açıqlandı

Svetlana Mirzəyeva 04/08/2020

Avqustun 4-ü səhərədək olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, şimal-qərb küləyi güclənib.

Bu barədə "XəbərBuro" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Düşən yağıntının miqdarı Ağdərədə (Ordubad) 22 mm, Astarada 16 mm, Salyanda 10 mm, Lerikdə 8 mm,  Beyləqanda 6 mm, Biləsuvarda 5 mm, Qubada 4 mm, Daşkəsən, Göygöl, Balakən, Qrız, Xınalıqda 3 mm, Gədəbəy, Ağdam, Qəbələ, Qusar, Neftçala, Yardımlı, Lənkəran, Ağsuda 2 mm, Sumqayıt, Bakı, Maştağa, Pirallahı, Naftalan, Şəmkir, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Altıağac, Xaltan, Yevlax, Göyçay, İmişli, Sabirabad, Cəfərxan, Qazıməmməd, Kişçay (Şəki), Şabran, Nabran, Şahdağda 1 mm olub. Yağan leysan xarakterli yağış nəticəsində avqustun 3-də Talaçay Zaqatala və Əyriçay Başdaşağıl məntəqələrindən sel keçib.