"Fairmont Baku"da polis əməliyyat tədbirləri keçirir

Məmmədzadə Zərintac 05/07/2020

Bakının məşhur hotellərindən  "Fairmont Baku" karantin rejiminin qaydalarına zidd olaraq hovuzu müştərilər üçün açıq edib.

"Qafqazinfo"ya əsasən "Xəbərburo" xəbər verir ki, hazırda Bakı polisi hoteldə əməliyyat keçirir.

Karantin rejimini pozan müştərilərlə yanaşı, hotel rəhbərliyinin də İnzibati Xətalar məcəlləsinin maddəsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi gözlənilir.

Daxili İşlər Nazirliyi yaxın dəqiqələrdə məsələ ilə bağlı rəsmi açıqlama verəcək.