Evdə meyit tapıldı

Məmmədzadə Zərintac 29/08/2020

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata görə, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“XəbərBuro"  xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada tapılmış 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.