Ev əşyaları ilə birlikdə yanıb

Məmmədzadə Zərintac 02/07/2020

Göyçayda fərdi yaşayış evində yanğın baş verib.

"Qafqazinfo"ya əsasən "Xəbərburo" xəbər verir ki, hadisə Çayarxı kəndində olub.

Kənd sakini İsmayılov Ənvər Nuğay oğluna məxsus ümumi sahəsi 336 kv metr olan evin 146 kv metri əşyaları ilə birlikdə yanıb. Yanğının hansı səbəbdən baş verməsi hələlik bilinmir.

Faktla bağlı araşdırmalar davam etdirilir.