ETSN: Dumanlı hava şəraiti fevralın 26-sı səhərədək davam edəcək

Mükafat İsazadə 25/02/2022

Dumanlı hava şəraiti fevralın 26-sı səhərədək davam edəcək.


" XəbərBüro" "Report"a  istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən bildirilib.


Xidmətin fevralın 25-i saat 22:00-a olan məlumatına əsasən, Sumqayıt, Bakı, Pirallahı, Neft Daşları, Çilov adası, Göygöl, Naftalan, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Şəki, Xaçmaz, Tərtər, Bərdə, Hacıqabul, Biləsuvar, Qax, Mingəçevir, Beyləqan, Yevlaxda duman müşahidə olunub.


Magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb.


Ölkə ərazisində dumanlı hava şəraiti sabah səhərədək davam edəcək.