Eskişehirdə “Zəfərə doğru addımla” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Esed Abasli 16/11/2021


"XəbərBüro" xəbər verir ki,11 noyabr 2021-ci il tarixdə Türk Dünyası Araşdırmalar Mərkəzində Eskişehir Azərbaycanlılar Dərnəyi, Türk Dünyası Araşdırmalar Mərkəzi, “Gənclərin Töhfəsi” İctimai Birliyi, “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyi və Türk Dünyası Tələblər Klubunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə “Zəfərə doğru addımla” layihəsi həyata keçirildi.


Tədbirdə "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev, "Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi" İctimai Birliyinin sədri, layihə rəhbəri Məhsəti Hüseynova, Səbail Bələdiyyəsinin şöbə müdiri, Səlcuq Universitetinin doktorantı Taleh Mansurov, Türk Dünyası Uygulama və Araşdırma Mərkəzinin başqanı Mehmet Topal, Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydın, Eskişehir Azərbaycanlılar Dərnəyinin koordinatoru Cavid Əmirov, ESKENT Dərnəyi başqanı Gürol Yer, Eskişehir Ülkü Ocakları İl Başkanı Kazım Aksoy, Türk Dünyası Tələbələr Klubunun rəhbəri Sevinc xanım, Türk Cümhuriyyətlərindən olan tələbələr iştirak edirdi.


Tədbirdə Türkiyədən müsabiqəyə qatılmış 16-25 yaş arası gənclər mükafatlandırıldı. 1-ci, 2-ci və 3-cü yer üzrə qaliblərə müxtəlif qiymətli hədiyyələr, diplom və pul mükafatı təqdim olundu. Nəzərinizə çatdırırıq ki, layihənin 3 ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yekun mərasimi dekabr ayında həyata keçiriləcəkdir.