Əsgərə hörmətsizlik edən şəxs həbs edilib

Məmmədzadə Zərintac 07/07/2020

Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət edən hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən şəxsə dair məhkəmə qərar verib.

"Qafqazinfo"ya əsasən "Xəbərburo" xəbər verir ki, Qaradağ rayon məhkəməsi bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev barəsində 30 sutka inzibati həbs qərarı çıxarıb.

Məlumat Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən təsdiqlənib.