“Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır”

Esed Abasli 12/12/2021

“İndiyə kimi Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır”.

"XəbərBüro" “Qafqazinfo”-a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu xəritələrin dəqiqlik faizi təxminən 25 faizdir:

“Ermənistan tərəfindən təqdim olunmuş yeni mina xəritələri mütəxəssislər tərəfindən təhlil edilir. Bunun üçün zaman lazımdır. Bununla da çox artan acı faciələrin qarşısını ala bilərik”.