Ermənistanın orta məktəblərində covid-19 yayılır

Məmmədzadə Zərintac 26/09/2020

Ermənistanda Mikoyan adına 166 saylı orta məktəbin üç müəlliminin koronavirus testi müsbət çıxıb.

"XəbərBuro"  xəbər verir ki, bu haqda ölkənin Təhsil, Elm, Mədəniyyət İdman Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya İdarəsinin rəis müavini Ofelya Kamavosyan söyləyib.

Virusun aşkarlandığı müəllimlərin dərs keçdikləri siniflər distant tədrisə keçiblər. Lakin, məktəbdə tədris davam edir.

Kamavosyanın dediklərinə görə, Ermənistanın digər əyalətlərindəki məktəblərdə də koronavirusa yoluxma halları müşahidə edilib. Bunlardan biri də Tavuş əyalətində, Noyemberyan rayonundakı tam orta məktəbdir.

Nazirlik rəsmisi qeyd edib ki, bütün bunlara rəğmən məktəblər bağlanmayacaq.