Ermənistanın növbəti PUA-sı məhv olunub

Məmmədzadə Zərintac 15/08/2020

 15 avqust saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə çalışıblar.

"XəbərBuro" xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyindən məlumat bildirilib.

Düşmənin növbəti PUA-sını Hava Hücumundan Müdafiə bölmələrimiz   aşkarlayaraq  məhv ediblər.