Ermənistanda hərbi hissədə insident oldu - 1 ölü, 2 yaralı
11/12/2021
Ermənistanda cənub istiqamətində yerləşən hərbi hissələrdən birində hərbçi əsgər yoldaşlarını güllələyib.
“XəbərBüro" xəbər verir ki, bu haqda Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. İnsident dekabrın 10-u təqribən 19:30 radələrində baş verib.