Ermənistanda həbslər davam edir

Esed Abasli 16/12/2021

Ermənistanda müxalif düşərgənin icma liderləri baş nazir Nikol Paşinyanın adamları tərəfindən sıxışdırılır.

Bu barədə Ermənistanın "Joxovurd" nəşri yazıb. Bildirilir ki, yerli özünüidarə seçkilərində 50 faizlik baryeri aşa bilməyən "Mülki müqavilə" Partiyasının üzləri müxalif düşərgədən olan rəqiblərini sıxışdırmaqla məşğuldurlar.

Hətta vurğulanır ki, dekabrın 9-da "Vahid Vardenis” blokunun merliyə namizədi Aram Arutyunyan həbs edilib. Bundan sonra digər blokun lideri Aharon Xaçatryanın həyat yoldaşına qarşı ittihamlar irəli sürülüb.

O, gecə saatlarında saxlanılıb. Bütün bunlarla yanaşı, dünən Vanadzorun keçmiş meri Mamikon Aslanyana qarşı təqiblər başlayıb. Onun bloku da bu seçkidə hakim "Mülki müqavilə" Partiyasından daha çox səs toplayıb.

O, dünən həbs edilib. Nəşrin yazdıqlarına görə, həbs və ya təqib edilən müxalif düşərgə mənsublarının siyahısı uzundur. Axuryan, Qoris, Noyemberyan, Vedi, Berd və başqa icmalarda da eyni repressiya zəncirinin olduğu vurğulanır.

Azxeber