Ermənistanda etirazçılar istefa tələbi ilə nazirliyin qarşısına toplaşdılar

Mükafat İsazadə 13/03/2021

Ermənistanda ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalif etirazçılar Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşıblar.

"XəbərBüro"  məlumat verir ki, səhər saatlarından xüsusi qüvvələr də daxil olmaqla çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları nazirliyin qarşısına cəlb edilib.

Bildirilir ki, Baş nazirin ofisində görüş keçirəcəyi planlaşdırılır.

Müxalif etirazçıların “Vətəni Xilasetmə Hərəkatı”nın nümayəndələri daha əvvəl Paşinyanın binaya girişini bağlamaq niyyətində olduqlarını bildiriblər.

Bir qrup etirazçı isə İrəvanda prezident igamətgahı qarşısına toplaşıb.