Ermənistanda daha 23 nəfər koronavirusdan ölüb

Esed Abasli 01/11/2020

Ermənistanda ötən sutka ərzində yeni növ koronavirusa 2441 nəfər yoluxub.

APA xəbər verir ki, bununla ölkədə COVID-19 yoluxanların sayı 92 254-ə çatıb.

Ötən sutka 23 nəfər bu xəstəlikdən ölüb. İndiyədək Ermənistanda koronavirusdan ölənlərin sayı 1363 nəfər olub.