Ermənistanda bir günə 72 nəfər koronavirusa yoluxdu

Esed Abasli 22/04/2020

Ermənistanda son sutka ərzində koronavirusa yoluxanların sayı daha 72 nəfər artaraq 1 473-ə yüksəlib.

“XƏBƏRBURO” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Bildirilib ki, indiyədək 633 pasiyent sağalıb, 24 nəfər vəfat edib. 

816  xəstənin müalicəsi davam etdirilir, 14 966-dan çox insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə aprelin 13-dən etibarən tətbiq olunan fövqəladə vəziyyət mayın 14-dək uzadılıb.