Ermənistana məxsus növbəti PUA məhv edildi

Leyla Aliyeva 22/07/2020

İyulun 22-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

"Xəbərburo" bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Qeyd edək ki, bu son iki gündə məhv edilən 3-cü düşmən PUA-sıdır.